Culfa rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ətraf mühitin qorunması, abadlıq və yaşıllaşdırma işlərinin genişləndirilməsi məqsədilə növbəti iməcilik aksiyası təşkil olunub

Culfa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən iməcilikdə rayonun müxtəlif dövlət qurumlarının, kənd icra nümayəndəliklərinin  əməkdaşları iştirak ediblər. Tədbir zamanı Culfa şəhəri və kənd inzibati ərazilərində ətraf mühit tullantılardan təmizlənib, yol kənarlarında yabanı otlar biçilib, su arxları lildən və maneələrdən təmizlənərək suyun sərbəst axını bərpa edilib. Eyni zamanda mövcud yaşıllıqlarda suvarma işləri aparılıb.