
Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan regional miqrasiya baş idarəsinin birgə təşkilatçılığı ilə "Tənzimlənməyən miqrasiyanın qarşısının alınmasında aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti”, “Miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət” və “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İnzibati Ərazi Dairələri üzə nümayəndələri və rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər iştiak ediblər.Görüş zamanı iştirakçılara mövzu ilə bağlı geniş məlumat verilib və suallar cavablandırılıb.