
"Şəhərsalma və Memarlıq ili" çərçivəsində Culfa rayonunda genişmiqyaslı iməcilik aksiyası təşkil olunub. Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iməclikdə idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Naxçıvan–Culfa və Culfa–Ordubad magistral yolunun kənarları və kəndlərimizdə yaşıllıq zolaqları yabanı otlardan təmizlənib, səliqə-səhman yaradılıb. Eyni zamanda mövcud yaşıllıqların suvarılması təmin edilib, ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, Culfa rayonunda iməciliklərin mütəmadi keçirilməsi, ətraf mühitin abadlaşdırılması baxımından əhəmiyyətli rol oynayır.