Culfa rayonunda “Qanunsuz tikinti işlərinin aparılması” mövzusunda tədbir keçirilib.

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə rayonun Əbrəqunus kəndində qanunsuz tikinti işlərinə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edənlər qanunsuz tikintinin qarşısının alınmasının vacibliyini xüsusi vurğulayıb, bu sahədə qüvvədə olan qanunvericiliyin tələbləri barədə iştirakçılara ətraflı məlumat veriblər.

Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.