
Naxçıvan-Culfa avtomobil yolunun 20-ci kilometrliyində, Culfa rayon ərazisində təbiətə 9 ədəd ceyran, 1 ədəd ağbaş kərkəs, 10 ədəd kəklik və 10 ədəd turac buraxılıb. Tədbirin keçirilməsində məqsəd nadir və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növlərin çoxalmasını təmin etməkdir.