Culfa rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Culfa rayonunda tədbir təşkil olunub. Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra hakimiyyətinin əməkdaşları, həmçinin ictimaiyyət nümayəndələri tədbirdə iştirak ediblər. İştirakçılar Ulu Öndər Heydər Əliyevin Culfa şəhərindəki büstünü ziyarət edərək  önünə gül dəstələri qoyublar.