Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, 11 dekabr 2025-ci il saat 16:00-da Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Azər Məmmədrəhimov Culfa rayonunda vətəndaşları qəbul edəcək. Qəbul Culfa rayon Rabitə Evində keçiriləcək.Qəbula yazılmaq və əlavə məlumat əldə etmək üçün Nazirliyin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(036) 550-99-04

(077) 356-06-75