
"Şəhərsalma və Memarlıq ili" çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda növbəti iməciliklər keçirilib. Aksiya zamanı yaşıllıqlara aqrotexniki qulluq göstərilib, qurumuş ağac budaqları kəsilib, ərazilər kol-kosdan təmizlənib, su arxları təmizlənib və suvarma ișləri aparılıb.