Culfa rayonunun Əbrəqunus kəndində səyyar qəbul keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Culfa Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova bu gün Əbrəqunus kəndində səyyar qəbul keçirib. Qəbulda Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər. Kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ və qanunvericiliyə uyğun şəkildə həlli məqsədilə aidiyyəti qurumlara konkret tapşırıqlar verilib. Qəbul zamanı əsasən sosial, infrastruktur və məişət xarakterli məsələlər gündəmə gətirilib.

Kənd sakinləri belə qəbulların keçirilməsini yüksək qiymətləndirərək, müraciətlərinə baxılması üçün yaradılan əlverişli şəraitə görə məmnunluqlarını ifadə edib, Prezident İlham Əliyevə diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.