Culfa rayonunun Milax və Ərəfsə kəndlərində şirin su ehtiyatlarından səmərəli istifadə ilə bağlı maarifləndirici tədbir keçirilib

İqlim dəyişiklikləri fonunda su ehtiyatlarının azalması, artan tələbat və mövcud resursların qorunması məqsədilə Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milax və Ərəfsə kəndlərində maarifləndirici tədbir keçirilib. Görüşdə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının, Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin, Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Bələdiyyə sədri, kənd icra nümayəndəsi və kənd sakinləri iştirak ediblər. 

Tədbirdə çıxış edənlər havaların anomal isti keçməsi və yağıntıların azalmasının su qıtlığını daha da aktuallaşdırdığını vurğulayıblar. Bildirilib ki, həm içməli, həm də kənd təsərrüfatı üçün istifadə olunan su ehtiyatlarına qənaət olunmalı, suya qənaət edən texnologiyalara üstünlük verilməlidir.