
Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçsı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Səkinə Fərzəliyeva açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova çıxış edərək bildirib ki, qadınlar ailənin və cəmiyyətin əsas dayaqlarından hesab olunur. Onların sağlamlığının qorunması həm ailə rifahına, həm də cəmiyyətin inkişafına birbaşa təsir göstərir. Müntəzəm tibbi müayinələr, düzgün qidalanma və gigiyena qaydalarına riayət edilməsi kənd qadınlarının sağlam həyat sürməsi üçün əsas şərtlərdən biridir. Daha sonra Culfa Regional Tibb Mərkəzi publik hüquqi şəxsin həkim-ginekoloqu Gülnaz Məmmədova çıxış edərək qeyd edib ki, ginekoloji müayinələr qadın xəstəliklərinin erkən aşkarlanmasına və vaxtında müalicəsinə imkan yaradır.
Tədbir diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə əlaqədar broşürlər paylanılıb.