Culfa rayonunun Yaycı kəndində Vətən uğrunda canından keçmiş şəhid Məmmədov Sənan Hidayət oğlunun doğum günü qeyd olunub.
Anım tədbirində Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Şəhidin məzarı ziyarət olunub əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.