Culfa şəhər 2 nömrəli tam orta məktəbdə “Uşaqların hüquq və vəzifələri” mövzusunda tədbir keçirilib.

Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə “Uşaqların hüquq və vəzifələri” mövzusunda  tədbir keçirilib. 

Tədbirdə uşaqların hüquqları, onların cəmiyyətdə rolu, vəzifələri və qanunvericiliklə qorunan maraqları barədə iştirakçılara ətraflı məlumat verilmiş, mövzu ilə bağlı maarifləndirici çıxışlar edilmişdir.