
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Culfa Rayon İcra Hakimiyyəti və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyətinın əməkdaşı Səkinə Fərzəliyeva və məktəbin tarix müəllimi Firuzə Hüseynbəyli çıxış edərək, torpaqlarımızın işğaldan azad olunmasında şəhidlərimizin və əsgərlərimizin göstərdiyi misilsiz qəhrəmanlıqlardan danışıblar.
Sonda məktəblilər tərəfindən Anım Gününə həsr olunmuş şeirlər səsləndirilib.