
Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi, Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Babayev Şamil Baloğlan oğlunun doğum gününə həsr olunmuş voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Yarışda Culfa şəhər 2 nömrəli və Gülüstan kənd tam orta məktəblərinin yuxarı siniflərdən ibarət oğlan komandaları iştirak ediblər. Maraqlı keçən yarışda yekun nəticəyə əsasən 3:2 hesabı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbin komandası qələbə qazanıb. Sonda komanda üzvləri diplom və hədiyyələrlə təltif olunublar.