Culfa şəhəri və Yaycı kəndində yerləşən Su Təmizləyici Qurğular Kompleksinin su anbarı yuyulmuş, xlorlu əhəng məhlulu ilə dezinfeksiya işləri həyata keçirilib.

Culfa şəhəri və Yaycı kəndi əhalisinin dayanıqlı içməli su ilə təmin olunması, həmçinin ekoloji tələblərə cavab verən təmiz və keyfiyyətli suyun çatdırılması daim diqqət mərkəzində saxlanılır. 

Bu məqsədlə Culfa Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsi və İctimai Səhiyyə Xidmətinin Culfa Regional Mərkəzinin əməkdaşları tərəfindən Culfa şəhəri və Yaycı kəndində yerləşən Su Təmizləyici Qurğular Kompleksinin su anbarı yuyulmuş, xlorlu əhəng məhlulu ilə dezinfeksiya işləri həyata keçirilmişdir.