Culfa şəhərində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş şahmat turniri keçirilib

Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş Culfa şəhər sakinləri arasında şahmat üzrə rayon turniri keçirilib. Yekunda qalib və fərqlənən şahmatçılar diplomlarla təltif ediliblər.