Culfa şəhərində şəhidlərin məzarları ziyarət olunub

27 Sentyabr – Anım Günü münasibətilə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin  şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub, onların Vətən qarşısında göstərdikləri fədakarlıq və qəhrəmanlıqlarından bəhs olunub.