
Culfa şəhərinin ümumi görünüşünün yaxşılaşdırılması, eləcə də sakinlərin daha təmiz, rahat və səliqəli mühitdə istirahət etmələrinin təmin olunması məqsədilə şəhər ərazisində abadlıq və təmizlik tədbirləri ardıcıl şəkildə davam etdirilir. Görülən işlər çərçivəsində şəhərdə yerləşən parkların ətrafı, piyada yolları və bordürlər xüsusi texnika vasitəsilə yuyularaq təmizlənmiş, ərazilərdə səliqə-sahman yaradılmışdır.