
Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik və Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında mühüm yer tutduğu vurğulanıb. Qeyd olunub ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrilib.