Dizə, Bənəniyar və Saltaq kəndlərində səyyar vətəndaş qəbulu keçirilib

2026-cı ilin iyul ayı ərzində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın iştirakı ilə Dizə, Bənəniyar və Saltaq kəndlərində səyyar vətəndaş qəbulları keçirilmişdir. Qəbul zamanı kənd sakinlərinin müraciətləri ilə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verilmişdir, bəzi məsələlər isə nəzarətə götürülmüşdür. Kənd sakinləri müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradıldığı üçün razılıqlarını ifadə etmiş, göstərilən diqqət qayğıya görə ölkə rəhbəri İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.