
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Elməddin Qəribov fevralın 11-də Culfa rayonunda vətəndaşları qəbul edəcək. Vətəndaşlar 6-9 fevral tarixlərində Fonda rəsmi şəkildə (dsmf_nakhchivan@sosial.gov.az elektron ünvanı vasitəsilə) və DSMF-nin Culfa Rayon qəbul şöbəsinə müraciət edərək, qeydiyyata yazıla bilərlər.