eni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının inzibati binasında təşkilatın yaranmasının 33 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov yubiley tədbirində çıxışı zamanı bildirib ki, “Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı 7 fevral 1993-cü ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə yaradılıb. Həmin gündən də partiya rayonumuzun ictimai-siyasi həyatında daha aktiv rol alıb. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq Azərbaycanın çiçəklənməsində, qüdrətli ölkəyə çevrilməsində bu günədək fəal iştirak edir”. Tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova qeyd edib ki, “Bu gün Azərbaycanın bütün uğurlarında Yeni Azərbaycan Partiyasının böyük rolu var. Prezident, parlament, bələdiyyə kimi seçkilərdə qazanılan bütün qələbələr Azərbaycan xalqının Partiyaya olan etibar və güvəninin bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası yalnız ölkənin ən böyük siyasi təşkilatı deyil, həm də geniş intellektual potensiala, güclü kadr bazasına və fəal ictimai-siyasi dayaqlara malik modern partiyadır. Partiyanın gənclər siyasəti, ictimai proseslərdə aktiv iştirakı, siyasi dialoqa açıq olması onun yeni dövrün çağırışlarına uyğunlaşa bilən çevik təşkilat olduğunu göstərir”. Daha sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının fəal üzvləri Yeni Azərbaycan Partiyasının və müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən və partiyanın cəmiyyətimizdəki mövqeyindən bəhs ediblər. Məruzələr dinlənildikdən sonra partiyanın yeni üzvlərinə vəsiqələri, ərazi-partiya təşkilatlarının sədrlərinə təşəkkürnamə və hədiyyələr təqdim olunub.