Fermerlər üçün maarifləndirici tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Naxçıvan Aqrar Xidmətlər Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə Yaycı kəndində fermer və təsərrüfatçıların iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən seleksiya və damazlıq işinin təşkili qaydaları, heyvanların fenotipik qiymətləndirilməsi, əkinçilikdə müasir texnologiyaların tətbiqi, payızlıq taxıl əkinlərində səpinqabağı aqrotexniki tədbirlər, səpinin düzgün aparılması və əkinlərin optimal müddətdə həyata keçirilməsi barədə ətraflı məlumat verilib. Həmçinin növbəli əkinin və torpaq analizinin əhəmiyyəti, eləcə də Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) barədə fermerlərə geniş izahat verilib.