
Culfa rayonunun Əbrəqunus kəndində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərlə görüş keçirilib. Tədbir Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi, Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyalar Mərkəzi və Aqrar Sığorta Fondunun Naxçıvan filialının birgə təşkilatçılığı ilə baş tutub.
Görüşdə “Aqrar Subsidiya Şurasının 2025-ci il 18 avqust tarixli 11 nömrəli protokoluna əsasən 2026-cı ildə veriləcək subsidiya əmsalları” barədə məlumat verilib. Bununla yanaşı, müasir suvarma sistemlərinin tətbiqi, su resurslarından səmərəli istifadə və suya qənaətin vacibliyi vurğulanıb.
Tədbir zamanı fermerlərin sualları cavablandırıb, yeni subsidiyaların əhatə dairəsi və texnoloji yeniliklər barədə ətraflı izahat təqdim verilib.