
Culfa Rayon İcra Hakimiyyəti başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova növbəti səyyar qəbulunu Gal kəndində keçirib. Qəbulda lcra hakimiyyəti aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və təşkilat rəhbərləri iştirak ediblər.
Görüş zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun şəkildə həll olunması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.