“Görünməyən qəhrəmanlar – 27 Sentyabr” filmi nümayiş etdirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Culfa şəhər 3 nömrəli tam orta məktəbdə, məktəbin VII sinif şagirdlərinə “Görünməyən qəhrəmanlar – 27 Sentyabr” adlı film nümayiş etdirilib. Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlərə 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti və Vətən uğrunda canından keçən qəhrəmanların şücaəti barədə geniş məlumat verilib.