Göydərə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə xalqımızın Ümummilli Lideri və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra müstəqilliyin qorunub saxlanılmasında və  Azərbaycanın inkişafı naminə gördüyü işlərdən söz açıblar. Sonda məktəblilər tərəfindən şeirlər səsləndirilib.