
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Çıxışlarda 27 Sentyabr – Anım Gününün əhəmiyyətindən bəhs olunaraq, Vətən müharibəsində şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan söz açılıb. Tədbir zamanı məktəblilər tərəfindən Anım Gününə həsr olunmuş şeirlər səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilib.