Göydərə kəndində səyyar qəbul keçirilib

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova vətəndaşların müraciətlərinin yerində dinlənilməsi və həlli məqsədilə Göydərə kəndində növbəti səyyar  keçirib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, icra hakimiyyətinin şöbə müdirləri, həmçinin kənd icra nümayəndəsi iştirak ediblər. Qəbul zamanı vətəndaşların qaldırdığı məsələlər diqqətlə dinlənilib, bir sıra problemlərin yerində həlli üçün müvafiq tapşırıqlar verilib. Digər müraciətlər isə araşdırılaraq icrası üçün aidiyyəti qurumlara yönləndirilib.