
8 Noyabr – Zəfər Gününə ilə əlaqədar Culfa Rayon Göydərə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə kənd ictimaiyyəti, müəllimlər və məktəblilər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı tarixi qələbə Azərbaycan xalqının birliyinin, ordumuzun qüdrətinin və şəhidlərimizin qəhrəmanlığının təcəssümüdür. Tədbirin sonunda məktəb şagirdləri Zəfər Gününə həsr edilmiş şeirlər səsləndiriblər.