
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova Gülüstan kəndində səyyar vətəndaş qəbulu keçirib. Qəbulda icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin kənd icra nümayəndəsi iştirak edib. Görüş zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlərlə bağlı isə vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun ətraflı izah verilib.