
Gülüstan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayonumuzdan olan Vətən müharibəsi qaziləri də iştirak ediblər. İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Çıxış edənlər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi zəfərdən, Azərbaycan əsgərinin göstərdiyi misilsiz şücaətdən və şəhidlərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan bəhs ediblər.