Əhalinin içməli suya olan tələbatının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir

Ərəfsə kəndinin içməli su kaptajında yaranmış problem Culfa Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsi tərəfindən aradan qaldırılıb. Görülən işlər nəticəsində kaptaj xətti idarəyə məxsus xüsusi texnika vasitəsilə lil və çöküntülərdən təmizlənib, suyun normal axını bərpa olunub. Həyata keçirilən tədbirlər kənd sakinlərinin içməli su ilə təminatının yaxşılaşdırılmasına və su təchizatının daha dayanıqlı olmasına imkan yaradıb.