Hörmətli həmvətənlər,

Türkiyənin Qars, İğdır və yaxın bölgələrdə qeyri-qanuni yaşayan həmvətənlərimizə sənədləşdirmə işlərində yardım göstərmək məqsədilə yaradılmış İşçi Qrupu 21, 22 və 23 noyabr tarixlərində Qars şəhərində yerləşən Baş Konsulluğumuzun binasında

(Yusif Paşa məhəlləsi, Heydər Əliyev prospekti, No: 32/B, 36100 Qars) vətəndaşların qəbulunu həyata keçirəcəkdir.

Qəbul saatları: 10:00–18:00.

Bildiririk ki, göstərilən tarixlərdə İğdır şəhərindən vətəndaşlarımızın qəbul məntəqəsinə rahat gəlməsini təmin etmək üçün xüsusi avtobuslar təşkil olunacaqdır (Qars şəhərindəki Azərbaycanın Baş Konsulluğunun İğdır ofisinin qarşısı: Cumhuriyet Mah.,Granada İş Merkezi, Iğdır Merkez)

Avtobusların hərəkət cədvəli barədə əlavə məlumat paylaşılacaq.

Həmçinin nəzərinizə çatdırırıq ki, bu kateqoriyaya aid olan vətəndaşlar dövlət rüsumlarından azaddır.

Əlavə suallar yarandığı təqdirdə bizimlə əlaqə saxlaya bilərsiniz:

‪+99455 455 00 56‬ (WhatsApp)