İdmançımız böyük uğura imza atıb

Bakı şəhərində təşkil olunan Uşaq Paralimpiya Oyunları çərçivəsində keçirilən stolüstü tennis üzrə yarışda Naxçıvan Muxtar Respublikasını təmsil edən, Culfa rayon sakini Həsənli İsmayıl Ümüd oğlu böyük uğura imza atıb. Belə ki, gərgin idman mübarizəsi şəraitində keçən turnirdə İsmayıl bütün rəqiblərini məğlub edərək final mərhələsinə qədər irəliləyib. Finalda rəqibinə məğllub olan idmançımız Azərbaycan üzrə II yerə layiq görülüb.