
Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “İlhamla Zəfərə Doğru” adlı bədii-tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqdan, həmçinin milli həmrəyliyimizin əhəmiyyətindən danışmışlar.
Tədbirin sonunda şagirdlərin ifasında Vətənə, ordumuza həsr olunmuş şeirlər, kompozisiyalar və mahnılar səsləndiriblər.