2025-ci il üzrə Culfa rayonunun sosial-iqtisadi göstəriciləri

Sosial-iqtisadi inkişaf üzrə 2025-ci ildə Culfa rayonunda aparılmış təhlillər göstərir ki, rayon iqtisadiyyatında ümumilikdə sabit fəaliyyət qorunub saxlanılmış, bir sıra sahələrdə artım, bəzi istiqamətlər üzrə isə azalma müşahidə edilmişdir. Belə ki, ümumi məhsul buraxılışı 108758,8 min manat təşkil etmiş, bu da əvvəlki illə müqayisədə 6,7 faiz azalma deməkdir. Sənaye sektorunda məhsul istehsalı 11,5 faiz azalsa da, kənd təsərrüfatı və xidmət sahələrində müsbət meyillər qeydə alınmışdır. Ümumi məhsul buraxılışında qeydə alınan azalma əsasən sənaye istehsalının və tikinti sektoruna yönəldilən investisiyaların istehsal həcmlərinin aşağı düşməsi ilə əlaqədardır. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları üzrə artımın qeydə alınması rayon iqtisadiyyatının bəzi istiqamətlərində müsbət dinamikanın qorunduğunu göstərir.

Ötən dövür ərzində kənd təsərrüfatı Culfa rayonunun iqtisadiyyatında aparıcı sahə olaraq qalmaqdadır. Belə ki, hesabat dövründə əkin sahələrindən 3825,1 ton dənli və dənli paxlalı bitkilər, 13,0 ton dən üçün qarğıdalı, 1,9 ton günəbaxan, 835,1 ton tərəvəz, 318,2 ton kartof, 437,6 ton bostan məhsulları, 2395,3 ton meyvə və giləmeyvə, həmçinin 1720,5 ton üzüm istehsal edilmişdir. Keçən illə müqayisədə dənli və dənli paxlalı bitkilərin istehsalı 17,0 faiz, dən üçün qarğıdalı istehsalı 25,7 faiz, bostan məhsulları istehsalı 56,9 faiz və üzüm istehsalı 8,5 faiz azalmışdır. Bu azalma əsasən iqlim şəraiti, əkin sahələrinin strukturunda dəyişikliklər və bəzi məhsul növləri üzrə məhsuldarlığın aşağı düşməsi ilə bağlı olmuşdur. Bununla yanaşı, tərəvəz istehsalı 2,4 faiz, kartof istehsalı 9,6 faiz, meyvə və giləmeyvə istehsalı isə 2,0 faiz artmışdır ki, bu da kənd təsərrüfatının müəyyən istiqamətlərində istehsalın sabitliyinin qorunduğunu göstərir. Ümumilikdə 2025-ci ildə Culfa rayonunda kənd təsərrüfatı sektorunda 45020,2 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2024-cü illə müqayisədə 4,1 faiz azdır.

2026-cı ilin 1 yanvar tarixinə olan məlumata əsasən, Culfa rayonunda iribuynuzlu mal-qaranın sayı 4977 baş olmuşdur. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz azdır. Məhsuldar mal-qara kateqoriyasına daxil olan inək və camışların sayı 2942 baş olmaqla ümumi iribuynuzlu mal-qaranın 59,1 faizini təşkil etmişdir. Bununla belə, bu göstərici də 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz azalma ilə xarakterizə olunur. Eyni zamanda, 2026-cı ilin 1 yanvar tarixinə rayon üzrə qoyun və keçilərin sayı 35105 baş təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz azalma deməkdir. Heyvandarlıq sahəsində müşahidə olunan azalma əsasən yem bazasının məhdudluğu, saxlanma xərclərinin artması və bəzi təsərrüfatlarda heyvan sayının optimallaşdırılması ilə əlaqədar olmuşdur.

2025-ci ildə rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 16949,1 min manat olmuşdur. Bu isə 2024-cü illə müqayisədə 13,4 faiz azalma deməkdir. Tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlərin həcmi isə daha yüksək templə azalaraq 28,5 faiz azalma ilə 13344,3 min manat təşkil etmişdir. İnvestisiya və tikinti fəaliyyətində müşahidə olunan bu azalma əsasən bəzi infrastruktur və tikinti layihələrinin başa çatdırılması və yeni layihələrin icrasının nisbətən məhdudlaşması ilə izah olunur.

Demoqrafik göstəricilərə əsasən, 2026-cı ilin 1 yanvar l tarixinə Culfa rayonunun əhalisi 48 353 nəfər olmuşdur ki, bu da ilin əvvəlindən 152 nəfər artım deməkdir. Əhali artımının əsas səbəbləri təbii artım və miqrasiya balansı olmuşdur.

Ümumilikdə, 2025-ci il Culfa rayonu üçün iqtisadi sabitliyin qorunduğu, kənd təsərrüfatı və xidmət sahələrinin inkişaf meyllərinin müşahidə olunduğu, sənaye və tikinti sektorlarında isə müvəqqəti azalmaların qeydə alındığı dövr kimi səciyyələndirilir.

Culfa rayonu üzrə ümumi məhsul buraxılışı və fiziki həcm indeksi

Culfa   rayon  iqtisadiyyatında  2025-ci ildə məhsul istehsalının  ümumi həcmi 108 milyon 758 min 800 manat olmuşdur ki, bu da ötən ilin 2024-cü illə müqayisədə  6,7 faiz azdır.

 

Göstəricinin adı

2025-ci ildə, faktiki

2024-cü ilə nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

108 758,8

93,3

Sənaye məhsulu, min manat

16 842,6

88,5

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

ondan tikinti-quraşdırma işləri

16 949,1

13 344,3

86,6

71,5

Kənd təsərrüfatı məhsulu, min manat

45 020,2

95,9

Nəqliyyat sektorunda yük daşınması, min ton

411,9

100,9

Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin

2 759,5

101,0

İnformasiya və rabitə xidmətləri,

min manat

453,1

61,3

Pərakəndə ticarət dövriyyəsi,

min manat

83 346,8

104,2

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

16 276,1

100,1

 

Culfa rayonunda mal-qaranın sayı

Göstəricilərin adı

1 yanvar

2026-cı il tarixə

1 yanvar

2025-ci il tarixə

Analoji nisbət, faizlə

İribuynuzlu mal-qara

4 977

5 686

87,5

    ondan :

    inək-camışlar

2 942

3 412

86,2

Qoyun və keçilər

35 105

41 367

84,9

 

2025-ci ildə Culfa rayonunda diri çəkidə 2664,0 ton ət, 7072,0 ton süd, 4731,0 min ədəd yumurta, 106,0 ton yun istehsal edilmişdir. 2024-cü illə müqayisədə ət istehsalı 4,5 faiz, süd istehsalı 3,4 faiz, yun istehsalı 22,6 faiz azalmış, yumurta istehsalı isə 0,4 faiz artmışdır.

Culfa rayonunda heyvandarlıq məhsulları istehsalı aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Məhsulların adı

2025-ci il

2024-cü il

analoji nisbət, faizlə

Ət (diri çəkidə), ton

2 664,0

2 789,0

95,5

Süd, ton

7  072,0

7 324,0

96,6

Yumurta, min ədəd

4 731,0

4 714,0

100,4

Yun, ton

106,0

137,0

77,4

 

Kənd təsərrüfatı məhsulu haqqında,  min manat

Sahələr

2025-ci il 

2024-cü ilə nisbətən, faizlə 

Heyvandarlıq

23 448,9

95,7

Bitkiçilik

21 571,3

96,0

Kənd təsərrüfatı üzrə cəmi məhsul istehsalı

45 020,2

95,9

 

Culfa rayonunda kənd təsərrüfatı sektorunda 45020,2 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2024-cü illə müqayisədə 4,1 faiz azdır.

Nəqliyyat, informasiya və rabitə. 2025-ci ildə Culfa rayonunda avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 411,9 min ton yük, 2759,5 min sərnişin daşınmışdır. 2024-cü illə müqayisədə yük daşınması 0,9 faiz, sərnişin daşınması 1,0 faiz artmışdır.

Culfa rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri 453,1 min manat olmuşdur ki, bu da 2024-cü illə müqayisədə 38,7 faiz azdır.

İstehlak bazarı. 2025-ci ildə Culfa rayonunda əvvəlki illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 4,2 faiz artaraq 83346,8 min manat təşkil etmişdir. İctimai iaşə dövriyyəsi 4458,5 min manat təşkil etmişdir ki, bu da 2024-cü illə müqayisədə 1,9 faiz çoxdur. 2025-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilə nisbətən 0,1 faiz artaraq 16276,1 min manat təşkil etmişdir.

 

Culfa rayonunda 2025-ci ildə pərakəndə ticarət, ictimai iaşə dövriyyələri və əhaliyə göstərilən ödənişli xidmətlər aşağıdakı cədvəldə öz əksini tapmışdır:

Müqayisə predmeti

2025-ci il

2024-cü ilə nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi, min manat

83 346,8

104,2

İctimai iaşə dövriyyəsi, min manat

4 458,5

101,9

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

16 276,1

100,1

 

       Culfa rayonunun iqtisadi və sosial inkişafının əsas göstəriciləri

Göstəricinin adı

2025-ci ildə, faktiki

2024-cü ilə nisbətən, faizlə

Ümumi məhsul buraxılışı, min manat

108 758,8

93,3

Sənaye məhsulu, min manat

16 842,6

88,5

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat

   ondan tikinti-quraşdırma işləri

16 949,1

13 344,3

86,6

71,5

Kənd təsərrüfatı məhsulu, min manat

45 020,2

95,9

Nəqliyyat sektorunda yük daşınması, min ton

411,9

100,9

Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin

2 759,5

101,0

İnformasiya və rabitə xidmətləri,

min manat

453,1

61,3

Pərakəndə ticarət dövriyyəsi,

min manat

83 346,8

104,2

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat

16 276,1

100,1

                                                              

2025-ci ilin yanvar-dekabr aylarında Culfa rayonu üzrə əhalinin demoqrafiq vəziyyəti

Sıra sayı

Şəhər və kəndlər

  1.1.2025-ci ilə əhalinin sayı

Doğum

Ölüm

1 yaşa qədər uşaq ölümü

Təbii artım

Gəlmə

Getmə

Mexaniki artım      (+;-)

Ümumi artım

  1.1.2026-cı ilə əhalinin sayı

1

Culfa şəhəri

13704

24

22

0

2

3

2

1

3

13707

2

Yaycı kəndi

7948

10

7

0

3

3

0

3

6

7954

3

Dizə kəndi

1365

20

6

0

14

0

1

-1

13

1378

4

Şurud kəndi

228

5

9

0

-4

2

0

2

-2

226

5

Gal kəndi

186

0

3

0

-3

2

0

2

-1

185

6

Ərəzin kəndi

2513

7

7

0

0

1

1

0

0

2513

7

Kırna kəndi

1711

11

10

0

1

1

2

-1

0

1711

8

Qızılca kəndi

575

11

10

0

1

1

2

-1

0

575

9

Əbrəqunus kəndi

2419

3

7

0

-4

0

0

0

-4

2415

10

Bənəniyar kəndi

4112

21

11

0

10

3

1

2

12

4124

11

Saltaq kəndi

2076

3

4

0

-1

0

0

0

-1

2075

12

Göydərə kəndi

1706

6

5

0

1

0

0

0

1

1707

13

Xanəgah kəndi

1539

8

4

0

4

1

1

0

4

1543

14

Əlincə kəndi

838

11

5

0

6

1

1

0

6

844

15

Xoşkeşin kəndi

475

11

5

0

6

1

1

0

6

481

16

Qazançı kəndi

760

4

8

0

-4

0

0

0

-4

756

17

Milax kəndi

1173

10

9

0

1

2

0

2

3

1176

18

Ləkətağ kəndi

572

20

7

0

13

0

0

0

13

585

19

Boyəhməd kəndi

387

12

4

0

8

6

1

5

13

400

20

Teyvaz kəndi

415

16

2

0

14

0

0

0

14

429

21

Ərəfsə kəndi

1062

12

7

1

5

2

1

1

6

1068

22

Gülüstan kəndi

640

6

3

0

3

1

0

1

4

644

23

Camaldın kəndi

1797

27

18

0

9

2

1

1

10

1807

Şəhər yerləri üzrə

13704

18

4

0

14

3

1

2

16

13720

Kənd yerləri üzrə

34497

18

4

0

14

3

1

2

16

34513

Culfa rayonu üzrə cəmi

48201

16

9

0

7

1

1

0

7

48208