
“Şəhərsalma və Memarlıq ili” çərçivəsində Kırna kəndində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qanunsuz tikililərin qarşısının alınması” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edənlər qanunsuz tikililərlə bağlı qanunvericiliyin tələbləri barədə iştirakçılara ətraflı məlumat veriblər. Eyni zamanda, sakinləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı maarifləndirici tövsiyələr səsləndirilib.