Kırna kəndində səyyar qəbul keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadənin növbəti səyyar qəbulu Kırna kəndində olub. Qəbulda Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, aidiyyəti idarə və təşkilatların rəhbərləri iştirak ediblər. Rayon rəhbəri qəbula gələn kənd sakinlərinin müraciət və təkliflərini dinləyib, həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Sakinləri vətəndaşlara göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.