
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verilmiş tapşırıq və tövsiyələrinə uyğun olaraq Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın iştirakı ilə 18 mart 2026-cı il tarixdə Kırna kəndində səyyar vətəndaş qəbulu keçirilmişdir.
Qəbulda icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonda fəaliyyət göstərən idarə, təşkilat rəhbərləri, kənd icra nümayəndəsi iştirak etmişdir.
Qəbul zamanı kənd sakinlərinin müraciətlərindən bəzisi yerində öz həllini tapmış, digər məsələlərlə bağlı isə vətəndaşlara qanunamüvafiq qaydada izah verilmişdir.