“Konstitusiya və Suverenlik İli” çərçivəsində Culfa rayonunda növbəti şənbə iməcliyi təşkil olunub

İməclik Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər. İməclik zamanı qurumuş ağaclar kəsilərək ərazidən götürülüb, eyni zamanda, mövcud yaşıllıq sahələrində suvarma işləri həyata keçirilib.