“Konstitusiya və Suverenlik İli” çərçivəsində iməcilik aksiyası keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində genişmiqyaslı iməcilik aksiyası həyata keçirilib. Rayon mərkəzi ilə yanaşı kəndlərdə də idarə və müəssisələrin əməkdaşları aksiyada iştirak ediblər.

İməcilik çərçivəsində yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, mövcud ağaclar və gülkarlıqlar suvarılıb, ətraf ərazilərdə təmizlik və abadlıq işləri görülüb. Yaşayış binalarının ətrafı səliqəyə salınıb. Eyni zamanda qurumuş və təhlükə yaradan ağaclar kəsilərək ərazidən götürülüb.