
Tədbir Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib. Çıxış edənlər Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elçin Məmmədəliyev, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Nuranə Səlimova vurğulayıblar ki, zorakılıqla mübarizə beynəlxalq miqyasda mühüm istiqamət kimi qəbul olunur və cəmiyyətin sağlam inkişafı üçün vətəndaşların təhlükəsiz mühitdə yaşaması əsas şərtlərdən biridir. Sonda mövzu ilə əlaqəli videoçarx nümayiş etdirilmiş və iştirakçılara mövzu ilə əlaqədar broşurlar paylanılmışdır.