
Culfa şəhər 3 nömrəli tam orta məktəbdə Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Gənclər və İdman İdarəsi və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında sərbəst mövzuda şeir müsabiqəsi təşkil olunmuşdur. 16 məktəblinin iştirak etdiyi müsabiqənin yekun nəticəsinə əsasən, I yerə Əbrəqunus kənd tam orta məktəbinin şagirdi Həsənli Aysel Raqib qızı, II yerə Yaycı kənd 2 nömrəli tam orta məktəbin şagirdi Həsənli Hüseyn Rza oğlu, III yerə isə Yaycı kənd 1 nömrəli tam orta məktəbin şagirdi Məmmədova Bəsdi Ələkbər qızı layiq görülmüşdür. Qalib və fərqlənən şagirdlər diplom və kitablarla təltif olunmuşdur.