
2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Culfa şəhər 3 nömrəli tam orta məktəbdə Culfa Rayon İcra Hakimiyyəti və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Tədbirdə məktəbin müəllim kollektivi iştirak edib.
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və Konstitusiyanın qəbulundakı tarixi xidmətlərini xüsusi vurğulayıblar.