"Konstitusiya və Suverenlik ili" çərçivəsində rayonun Şurud kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində "Ümumilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir"mövzusunda tədbir keçirilib

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.