Əlincə kəndində maarifləndirici tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Əlincə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə "Yay mövsümü dövründə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər və qarşıda duran vəzifələr" mövzusunda maarifləndirici tədbir keçirilib  Tədbirdə çıxış edənlər yay mövsümündə yanğın təhlükəsinin qarşısının alınması, əkin sahələrində təhlükəsizlik qaydalarına ciddi əməl olunması, quru ot və bitki qalıqlarının yandırılmaması, eləcə də yanğın baş verdiyi zaman operativ şəkildə aidiyyəti qurumlara məlumat verilməsinin vacibliyi diqqətə çatdırılıb