Məhərrəm ayının 10-cu günü – Aşura günü münasibətilə Culfa rayonunda qanvermə aksiyası keçirilib

Aksiya Culfa Regional Tibb Mərkəzi publik hüquqi şəxsin tabeliyində Culfa Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində və Bənəniyar kənd tibb məntəqəsində təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd ehtiyacı olan xəstələrin həyatı üçün vacib əhəmiyyət daşıyan qan ehtiyatının artırılması və təmin edilməsidir. Aksiya çərçivəsində tibb işçiləri tərəfindən donorların sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb, zəruri tibbi müayinələr aparılıb və qanvermə prosesi mütəşəkkil şəkildə həyata keçirilib. Qanvermə aksiyasında rayon sakinləri, eləcə də müxtəlif dövlət qurumlarının əməkdaşları fəal iştirak ediblər.