Maarifləndirici tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Culfa şəhərində “Qadınların ailə daxilində hüquqlarının müdafiə olunması, dini və mədəni adət-ənənələrin qadınların hüquqlarını pozmaması” mövzusunda maarifləndirici tədbir keçirilib.